Interposta.Info

27 ildir televizora baxmayan papa - 1-ci Fransisk haqqında maraqlı bilgilər

Ölkə
 20-09-2017, 12:11     10 458

Bəziləri üçün 13 rəqəminin ayağı çox ağırdı, bəziləri üçün isə çox yüngül. Təəccüblənməyin, indiki Roma Papası 1-ci Fransisk sonunculardandı. Karyerasının ən parlaq nöqtələrində bu tərs rəqəm həmişə papaya düşərli olub. 13 mart 1969-cu ildə o, ilk dəfə keşişliyə başlayıb. Roma papası vəzifəsinə 13 mart 2013-cü ildə layiq görülüb.

Ancaq Papa 1-ci Fransiski hakimiyyət Olimpinə qaldıran gizli əl təkcə elə nəhs 13 rəqəmi ilə əlaqəli deyil. Ortada daha şübhəli, izahsız epizodlar da var. Yəni 1-ci Fransisk fenomenin sirri, numerologiyada yox... yox... tamam başqa səmtdə-maliyyə sahəsindədir. O, papa kürsüsünə qalxmazdan azca əvvəl Vatikanı çox ciddi maliyyə böhranı bürüyüb. Dünya pərdəarxası qüvvələri, ilk növbədə “Malta cəngavərləri” Vatikan bankını (“Istituto per le Opere di Religione”) o vaxt sanki iflic ediblər. 1 yanvar 2013-cü ildə bütün Vatikan ərazisində bank ödənişləri dayandırılır. Plastik kartlar dönür tullantıya. Heç nəyə yaramır. Böhran 9 fevraladək belə davam edib.

Həmin gün “13" rəqəmi yenə də hadisələrin axarına müdaxilə etməyi bacarır. Həmin gün 2013-cü ildə yaradılmış ”Malta cəngavərləri" təriqətinin mindən çox məxfi fəal üzvü Vatikana toplaşır. Papa ilə təcili görüş tələb edirlər. Görüşdən cəmi-cümlətanı 2 gün sonra-11 fevral tarixində Papa 16-cı Benedikt indiyədək görməmiş addıma əl atır. Öz istefasını elan edir.

Hadisələrin sonrakı axarı sanki papanın bu gecikmiş addımına bənd imiş. Elə sabahısı gün büs-bütün Vatikan bankomatları işə düşürlər. Katolik kilsələri bütün dünyada öz maliyyə hesablarına giriş haqqı qazanırlar. 15 fevral 2013-cü ildə "Malta cəngavərləri"nin namizədi Frayberq Vatikan bankının yeni icraçı direktoru vəzifəsinə gətirilir.

Yadda saxlayın, 15 fevral həm də “Malta cəngavərləri” təriqətinin doğum günüdür. Təyinatın bu günə təyin olunması, məncə, heç də kor təsadüflə əlaqəli deyildir.
27 ildir televizora baxmayan papa - 1-ci Fransisk haqqında maraqlı bilgilər


Beləliklə, 2013-cü ildə Vatikanda bir növ gizli saray çevrilişi baş tutub. Vatikanın maliyyə qurumları düşüb Malta cəngavərlərinin nəzarətinə. Papa kürsüsünə isə bir başqa məxfi təriqətin-iezuitlərin namizədi olan 1-ci Fransisk gətirilib.

***

Təbiət, ilahi qüvvələr özünəməxsus şəkildə cavab verirlər bütün bunlara. 11 fevralda katolik kilsəsinin Romadakı baş məbədinə-Müqəddəs Pavel kilsəsinin uca qülləsinə öz ildırım zərbələrini sancırlar. Hadisə, izsiz-filansız ötüşmür. Düşür jurnalistlərin fotokameralarına. Dünya mətbuatında əsl sunami dalğası qalxır: “Göylər, katoliklərə xəbərdarlıq göndərir, deyəsən. Belə olmaz. Növbəti papanı çətin günlər gözləyir”.

Sonrakı hadisələr, Silvio Berluskoninin həbs cəzası, növbəti məşhur bir Vatikan Bankının intiharı ilə yadda qalır. Sonra növbə çatır seçkilərə. 13 mart 2013-cü ildə Buennes-Ayres arxiyepiskopu Xorxe Mario Berqolo Vatikan kürsüsünə qalxıb 1-ci Fransisk adı ilə öz səlahiyyətlərinin icrasına başlayır.
27 ildir televizora baxmayan papa - 1-ci Fransisk haqqında maraqlı bilgilər


Yaxşı kimdir bu növbəti Roma papası? Gəlin bunu özümüzü ayırd edək indi.


DOSYE:
Roma Papası 1-ci Fransisk. 17 dekabr 1936-cı ildə Argentinada məskunlaşmış italiyalı mühacirlərinin kasıb ailəsində dünyaya göz açıb. Çox uşaqlı ailənin sonbeşiyidir. Uşaqlıqda kimyaçı olmaq arzusu ilə yaşayıb bir müddət. Kimyəvi laboratoriyada laborant da işləyib hətta.

XOBBİSİ:
Latın Amerikasına mənsubiyyəti futbol azarkeşliyində özünü göstərir ancaq. O, Argentinanın məşhur “San Lorenso” futbol klubunun fəal azarkeşidir. Ancaq bilmək olmur bu oyunları necə seyr edir indi. O, 1990-cı ildən televizorlara baxmır axı.

PEŞƏ FAİLİYYƏTİ:
Gəncliyində müəllim də işləyib. Gecə barlarında cangüdənlik edib bir ara. Yeniyetmə yaşlarında qızlarla, qadınlarla təmasları indiyədək xatirəsindədir. Sonra isə...

Sonra isə ağ ləkələr var bu qəliz bioqrafiyada.


***

GİZLİNLƏR:
1945-ci ildən sonra Argentinaya sığınmış mühacirlər arasında almanlar, ukraynalılar sayca lap çoxdular. Xorxe Mario o zamanlar bu ac-yalavac siyasi pənahəndələrə çox baxır, çox baxır... Gedir dayanır Ukrayna katolik keşişi Stepan Çmilin yanında. Xeyirxah katoliklərin “Salezian məktəbi”nə üzvlüyü Xorxe Marioya imkan verir ki, bu siyasi qaçqınlarla sıx təmaslara keçsin. 1-ci Fransiskın səhər-səhər dan yeri hələ sökülməmiş yuxudan durması, sadəliyi, aza qane olması məhz o zamanın yadigarıdır. Əfsanəvi Stepan Çmil bu gəncə çox sirlərini etibar edir. Hətta ona az-maz Ukrayna dilini də öyrədir. Daha nə öyrədir o, bu tələbəsinə? Sözü burda indiki Ukrayna katoliklərinin rəhbəri Svyatoslav Şevçuka versək daha yaxşı olar: “Stepan Çmil sonradan Romaya gətizdirilib. Orda da dəfn edilib. 1-ci Fransisk papa seçilən kimi ilk növbədə həmin Stepan Çmili katolik kilsəsinin müqəddəsləri siyahısına daxil edib”.

Məhz bu Stepan Çmilin müsbət təsiri, təkidi nəticəsində 11 mart 1958-ci ildən o, öz həyatını İezuit təriqətinə bağlayır. Təhsil aldığı “Vilya Devoto” seminariyada Dominikan rahiblərindən ayrılıb keçir iezuitlərin düşərgəsinə.
27 ildir televizora baxmayan papa - 1-ci Fransisk haqqında maraqlı bilgilər

İezuitlərə xas bir çox cəhətlərinə papa məhz o zaman yiyələnir. Məsələn, Vatikana daxil olunca həm dəbdəbəli iqamətgahdan imtina edib, həm payına düşən zirehli avtomobilindən. Kasıbsayağı həyatı çox sevir. Argentinada yaşadığı vaxt həmişə ictimai nəqliyyatdan istifadə etməyi ilə öz həmkarlarından seçilib. Qırmızı mahutdan tikilmiş ənənəvi papa geyiminə biganədir. Ağ libasları daha çox sevir. Romaya Buennes-Ayresdən bircə kiçicik çamadanla gəlib. Televizorun mavi ekranına 1990-cı ildən baxmır. Şəxsi aşpazından imtina edib. Səhər tülküdurmazdan oyanır, başlayır ibadətə. Dünya dağılsa belə, axşam 9-da mütləq gözlərini yumacaq.

Bu iezuit xasiyyətləri Ukrayna millətçi katoliki Stepan Çmilin yadigarıdır onda. Ancaq təkcə bu xasiyyətləri deyil. Son 50 il ərzində Amerika Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərləri bir qayda olaraq iezuit məktəbləri məzunlarından seçilir. Belələrindən Uilyam Keysi, D. Tenet, R. Qeyts, L. Panetanı nümunə gətirə bilərik. Stepan Çmil də bu siyahıdan kənarda deyil. O da, təbii, CİA mənsubudur. Öz sevimli tələbəsi Xorxe Maria Berqolonu sözsüz bu məxfi ünvanlarla da tanış edib o.

Qısası, bu papanın hakimiyyətə gətirilməyi bir başqa-Ukrayna amili ilə də sıx əlaqəlidir. Deyirsiz 2016-cı ildə papa Fransisk öz Rusiya həmkarı Patriarx Kirillə elə belə görüşüb, hə? Yox. Qətiyyən yox. Müzakirələr əsasən, Ukrayna hadisələri ətrafında aparılıb bu danışıqlarda. Müəyyən aldadıcı razılaşmalar əldə edilib orda.

KİNO AKTYORU:
Həmin 2016-cı ildə özünün bu aktyor istedadından kinoda sahəsində sınaqdan çıxarmaq qərarını verir o. Filmin adı “Günəşdən o tərəfdə”dir. Qəhrəmanları az yaşlı uşaqlar, yeniyetmələrdi. 12 xavəri ekranlarda məhz bu şəxslər canlandırmalıdır. Papa özü bu filmdə hansı rolda çıxış edəcək? Mövzu, hələ açıqdı. Görək nəticəsi nə olacaq lap axırda.

SOSİAL ŞƏBƏKƏ İSTAFADƏÇİSİ:
Bu 266-cı papanın twitterdə öz akkaundu mövcuddu. Ancaq “Facebook” şəbəkəsindəki azadlıqdan çox çəkinir o. Cürət etmir orda özünü, üzünü göstərməyə.

SEVİB OXUDUĞU YAZIÇILAR: Borxes, Dostoyevskiy.


ADƏTLƏRİ: 21 yaşında bərk xəstələnib, sağalmaz infeksiyaya yoluxub. Nəticədə həkimlər onun bir ciyərini kəsib götürüblər. Ancaq bu gün də o, ağır xəstələrlə görüşməkdən çəkinmir. Adətini davam etdirir indi də. 2001-ci ildə o, 12 QÇİS xəstəsinin ayaqlarını yuyub. Üzlərinə öz busəsini həkk edib. Ötən il Romadakı iqamətgahına 21 Suriya qaçqınını dəvət edib. Sevdiyi Argentina şirniyyatlarını bu qaçqınlara dadızdırıb.

ŞƏXSİ ARXİVİ:
Burdakı ən dəyərli sənəd nənəsi Rozanın vəsiyyətnaməsidir. Çətin anlarda 266-cı Papa vəsiyyətnaməni dərin qutudan çıxarıb dönə-dönə oxuyur özü üçün.

AZƏRBAYCAN SƏFƏRİ:
O, bizdə katolik prefekturasını yaradaraq başına özü kimi salezian rahibi Vladimir Faketeni gətirib. Azərbaycan poçt markalarından biri üzərində bu 266-cı papanın siması həkk edilib, biləsiz.

***

Papanın düz on gün əvvəl başlanan Kolumbiya səfəri elə öz ilk saniyələrindən ciddi müqavimətlə üzləşib. Özü də bilmək olmur bu, taleyin müqavimətidir, yoxsa pərdəarxası maliyyə qurumlarının. Papa təyyarəsini Karib hövzəsində əvvəlcə okean qasırğası “İrma” haqlayır. Məcbur edir təyyarə öz əvvəlki marşrutunu dəyişsin.

Təyyarəni Boqota aeroportunda qarşılayanlar bir müddət ağzıdualı qalırlar. Papanı sağ-salamat görəndə “şükür” deyib ovuclarını havaya qaldırırlar.

Beş gün çəkən səfərin ilk günlərində heç nə irəlidəki təhlükədən xəbər vermirdi. Səfərin hədəfi sadəymiş- solçu FARK partizanları ilə iqtidar yanlılarını danışıq masası arxasında otuzdurmaq.

Düzü, Latın Amerikası solçuları 1-ci Fransiskə çox da üz verməzlər. Deyərlər, o, Argentina yepiskopu ikən ölkədəki çox saylı cinayətlərə göz yumub. Xunta tərəfindən hətta keşişlərin oğurlanıb öldürülməsinə belə etiraz etməyib.

Bu və ya digər sərt ittihamlar səfərin axırıncı günü mistik mənada 1-ci Fransiski cəzalandırır bir növ. Kartaxena şəhərindəki yetimlər evinə tələsərkən papa qəfil öz “papamobil”ində qəza keçirir. Qəfil, yetimlərdən biri özünü atır avtomobilin təkərləri altına. Sürücü məcbur qalır ayağını əyləcə bassın. Müvazinətini saxlaya bilməyən papa gedib girir avtomobilin ön şüşəsinə. Nəticədə görürlər bıy...bu nədir belə? Papanın qaşı çərtilib, gözünün altı göyərib. Bu sifətdə də 1-ci Fransisk məcbur qalır Kolumbiya yetimlərini salamlasın. Mühafizə rəhbəri Domeniko Canni öz istefasını gətirir gözü qarşısına. Mətbuat rəhbəri Qreq Berq jurnalistlərə 1-ci Fransiskın kiçik açıqlamasını ötürür bu tale zərbəsi haqqında: “Məni gözümdən vurdular burda. Sağlığıma şükür edirəm”.

***

1953-cü ildə, hələ 17 yaşında, ənənəvi katolik etirafı zamanı özündə ilahi bir hal hiss edən Papa 1-ci Fransisk, görəsən, bu neməti, bu dəyəri indiyəcən özündə saxlaya bilibmi?

Hadisələri izləyək. Sualımızın dəqiq cavabı məhz orda səslənəcək axı./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26