Interposta.Info

Zaqatalada 30 nəfəri it dişlədi -

Ölkə
 8-09-2017, 17:26     10 530

Xəsarət alanlar arasında azyaşlı uşaqlar da var.

Bu gün səhər saatlarında rayonun Faldar kənd sakini, 1 yaşlı İnci Abdullayeva, Beretbinə kənd sakini, 48 yaşlı Kahay Aslanova, Yuxarı Tala kənd sakini, 10 yaşlı Ramazan Məmmədov, Kebeloba kənd sakini, 11yaşlı Həbulla Canqayev, Çobankol kənd sakini, 12 yaşlı Əfsanə Mustafayeva it dişləməsi xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

ARB TV xəbər verir ki, xəsarət alanlardan İnci Abdullayevaya sağ saidin, Kahay Aslanovaya sağ dizin, Ramazan Məmmədova sağ əlin, Həbulla Canqayevya sol sarğının, Əfsanə Mustafayevaya isə sol kürəyin it dişləməsi xəsarəti diaqnozu qoyulub.

Mərkəzi Rayon Xəstəxanasınadan verilən məlumata əsasən, son 1 həftə ərazində it dişləmələrin sayı xeyli artıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26