Interposta.Info

Ermənistanda yanğın -

Ölkə
 5-09-2017, 14:42     8 744

Ermənistan ərazisində növbəti meşə yanğınları başlayıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, ötən gecə boyunca Araqatsotnsk vilayətinin Byurakan kəndinin ərazisini əhatə edən yanğının söndürülməsi işi davam etdirilib. Yanğının ram edilməsi işlərinə 154 xilasedici-yanğınsöndürən cəlb olunub. 5 sentyabr saat 06.20-də Ermənistan Müdafiə Nazirliyinin vertolyotu da havaya qaldırılıb.

Vertolyotun köməyi ilə bəzi yanğın ocaqlarını lokallaşdırmaq mümkün olsa da, təhlükə tam aradan qalxmayıb. Erməni mediası yazır ki, Byurakan kəndinin 80 hektar ərazisi yanıb. Ermənistan ordusu, polisi, meşə təsərrüfatı əməkdaşları, həmçinin Byurakan və Orqov kəndlərinin sakinləri də yanğının söndürülməsi ndə iştirak edir. Hələlik yanğının kəndlərə keçməsinə imkan verilmir.

Bundan əvvəl Ermənistanın Xosrov meşəsində bir həftə davam edən yanğını yalnız Rusiyanın yanğınsöndürən təyyarəsi söndürə bilmişdi.


interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26