Interposta.Info

Ermənistan prezidenti fövqəladə iclas çağırmağa məcbur oldu

Dünya
 15-08-2017, 14:43     10 437


Bu gün səhər Ermənistan prezidenti Serj Sarkisyan fövqəladə iclas çağırıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, toplantı avqustun 10-dan etibarən ölkənin iki bölgəsində davam edən yanğınlarla əlaqədardır.

Vəziyyətin müzakirəsinə, yanğının söndürülməsi yollarına, həmçinin yaranmış ekoloji fəlakətə həsr olunmuş iclasda müvafiq qurumların rəsmiləri iştirak edir.

Ermənistanın fövqəladə hallar naziri David Tonoyan yanğının davam etdiyi Xosrov qoruğundakı, həmçinin Vayotsdzor vilayətindəki vəziyyətlə bağlı S.Sarkisyana məruzə edib.

Vayotsdzor vilayətindəki yanğın 10 avqustdan, Xosrov meşəsindəki yanğın isə avqustun 12-dən başlayıb və artıq 220 hektarı əhatə edib.

Rusiyadan köməyə gəlmiş “İL-76” təyyarəsi artıq yanğını söndürmək üçün iki uçuş həyata keçirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26