Interposta.Info

Tacikistanda hamı məcburən milli geyim geyməlidir

Ölkə
 28-08-2017, 22:28     10 796

Tacikistan prezidenti Emoməli Rəhmon ənənə və ayinlərin təkmilləşdirilməsi haqqında qanuna düzəlişi təsdiq edib.

"RİA Novosti" xəbər verir ki, həmin düzəlişlərə əsasən ölkə vətəndaşlarının milli geyim geyməsi məcburi olacaq.

Qanunda qeyd edilir ki, fiziki və hüquqi şəxslər milli mədəniyyətin rəmzlərinə riayət etməlidirlər - dövlət dilini bilməli, milli geyim geyinməlidirlər. Qanunun pozulması halında cəzalar nəzərdə tutulub.

Yerli mütəxəssislər hesab edir ki, bu addım əslində hicaba qarşı yönəlib. Bir qədər əvvəl Tacikistan prezidenti Emoməli Rəhmon ölkə vətəndaşlarını saqqal saxlamaq və hicab taxmaqdan imtina etməyə çağırmışdı.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26