Interposta.Info

Emoməli Rahmon: "Azərbaycanla Tacikistan arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir"

Siyasət
 11-08-2018, 13:47     10 406

Bunu Tacikistan Prezidenti Emoməli Rahmon ADA Universitetində keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərçivəsində çıxışı zamanı deyib

Prezident ümidvar olduğunu bildirib ki, ötən gün əldə olunan razılaşmalar iki ölkə arasındakı münasibətlərə yeni məzmun verəcək.

E.Rəhmon ADA Universitetinə bu tədris müəssisəsində formalaşmış xoş ənənələrin artmasında, burada təhsil alan tələbələrə isə təhsildə və qardaş Azərbaycanın maraqlarının müdafiəsində uğurlar arzuladı.

ADA Universitetinin rektoru Hafiz Paşayev isə qeyd edib ki, Tacikistan tələbələri təkcə diplomatik fakültəyə yox, həm də digər fənlər üzrə universitetə yollaya bilər. (trend)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26