Interposta.Info

İnsan beyninin iki möcüzəsi

Ölkə
 19-08-2017, 18:29     10 675

Möcüzələr içində ən böyük möcüzə elə insanın varlığıdır ki, bütün qeyri adiliklər də onun mövcud olmasından sonra törəyir. İnsan beyni o qədər nəhəng bir sistemdir ki, onun cəmi 3 faizi tətbiq olunmaqla XXI əsrdə gördüyümüz böyük sivilizasiya meydana gəlib.

Təqdim edəcəyimiz bilgilər beyninin saysız sirlərindən yalnız ikisi haqqında oxucuları bildiləndirəcək:

Zəifləməyən yaddaş möcüzəsi - Amma hamımız ətrafımızdakı yaşlı adamlardan bunun əksini eşitmişik. Amma yaş artdıqca beyinin öyrənmə qabiliyyətində azalma olmur. Yəni yaddaşın zəifləməsi yaşdan yox, konkret olaraq fərddən asılıdır. Qan dövranı tez-tez pozulan, oksigen çatışmazlığı yaşayan, psixoloji depressiyaya düşən adamlarda beyin hüceyrələri ölür və yerinə yenisi gəlmir. Amma hər yaşlıda bu təbii ki, baş vermir. Tərkibində qlükoza olan qan hüceyrələrini qoruyub saxlayan yaşlı avtomatik olaraq öz yaddaşını, hafizəsini də qoruyub saxlaya bilir.
Bütün insanlar gənclik cavanlıq yaşlarında baş verənləri daha yaxşı xatırlayır. Bunların hamısı qan dövranının o yaşda daha yaxşı və sağlam dövr etməsindən asılıdır.

Bir saniyəlik fəaliyyət- İnsan beyini bədənə 86 sinirlə bağlıdır. Bu sinirlər alimlərin təbiricə desək, telefon və teleqraf işçilərinin vəzifəsini yerinə yetirir. Bir-birinə milyard tellərlə bağlı olan 14 milyard beyin hceyrəsinin ər biri bir neçə şaxələrə ayrılır. Bu şaxələrin də qıvrımları hər saniyə şişir və fasiləsiz büzülüb qıvrılır. Bu proses ürək döyüntüsünü xatırladır. Bax bu saniyə siz bu cümləni oxuyan zaman liflər beyninizin ən dərin yerində dənizin qabarmasıyla enib qalxan yosunlar kimi yavaş-yavaş enib qalxmaqdadırlar.
Bədənimizin hər bir hissəsi fasiləsiz surətdə ölür və dirilir. Hər saniyə təqribən üç milyon eritrosit (qırmızı qan hüceyrəsi) məhv olur. Və hər saniyə bunların yerinə bir o qədəri yaranır. Beyin dəyişmir amma onun əzələləri hər yeddi ildən bir dəyişir./moderator.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26