Interposta.Info

İnsanın ölümqabağı son dəqiqələrinin mənası -

Ölkə
 30-01-2017, 19:38     838

İnsanın ölümqabağı son dəqiqələrinin mənası -

Ölümündən əvvəl insanın baş beyninin müəyyən hissəsi fəallaşdığına görə onun bütün həyatı gözünün qabağından keçir. Bu qənaətə irimiqyaslı tədqiqat aparan israilli alimlər gəliblər.

Axar.az xəbər verir ki, Hadassa Tibb Mərkəzinin əməkdaşları klinik ölüm keçirmiş 264 adama sorğu vərəqəsi göndəriblər. Respondentlərin cavabları əsas etibarilə birtipli olub və təsdiq edib ki, bir çox insanlar həqiqətən ölümdən əvvəl həyatlarının ən parlaq anlarını görürlər. Alimlərin fikrincə, bu proses çox güclü psixoloji gərginliyə və beyinin xatirələrə cavabdeh olan fəaliyyətinə görə işə düşür.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26