Interposta.Info

Messi "Barselona" ilə yollarının ayrıldığını necə və nə vaxt öyrəndiyini açıqladı

İdman
 12-08-2021, 19:41     391

Fransanın "Paris Sen-Jermen" klubunun 34 yaşlı argentinalı hücumçusu Lionel Messi "Barselona" ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqların uğursuzluğunu ilk dəfə nə vaxt və necə öyrəndiyinin təfərrüatlarını açıqlayıb.

Qaynarinfo bu haqda championat.com saytına istinadla xəbər verir.

"Atam evə qayıtdı. Bütün axşamı Laporta ilə birlikdə olmuşdu. Gələndən sonra mənə danışıqların məyusedici nəticəsini danışdı, o anda çox depressiyaya düşdüyümü hiss etdim. Sonra özümü bu barədə həyat yoldaşım Antonellaya danışmağa hazırladım. Ona deyəndən sonra ikimiz də ağladıq, ancaq bunu uşaqlara da deməliydik.

Təbii ki, bir-birimizə ürək-dirək verib, özümüzü ruhlandırdıq. Düzgün yolu tapmaq məcburiyyətində qaldıq, çünki dekabr ayında uşaqlara Barselonada qalacağımızı söyləmişdik. Xüsusilə Tiaqo üçün nə qədər çətin olacağını bilirdik. Bəzən biz müxtəlif şeylər haqqında çox düşünürük, amma uşaqlar onları çox tez mənimsəyirlər. Onlar hər şeyi bizim hətta ağlımıza gəlməyən şəkildə qəbul edə bilirlər.

Məsələn, Tiaqo bunu içində saxlaya bilərdi, amma bu anda adama elə gəlir hər şey onun ürəyincədir. Amma mən onu tanıyıram, o, eynən mənim özüm kimidir. Üzə vurmur, ancaq içində əziyyət çəkir. O indi buna uyğunlaşır və bu onun üçün yaxşı bir təcrübə olacaq. Bütün ailə xoşbəxt olacaq, bu klubda həzz alacağıq", - Football Espana BBC Football-a istinadən Messidən sitat gətirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26