Interposta.Info

Dünən işdən çıxarılan general kimdir?

Ölkə
 29-07-2017, 19:59     10 561

Xəbər verdiyimiz kimi, dünən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib. Bu barədə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Əhməd Hüseyn oğlu Əhmədov 1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1990-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib./Qaynarinfo

Ailəlidir. Dörd övladı var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26