Interposta.Info

Azərbaycanda yeni Orta İxtisas Polis Məktəbi yaradıldı

Ölkə
 6-03-2018, 09:12     10 563

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında Fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmana əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılıb.

"Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə Məktəbin fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görmək tapşırılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26