Interposta.Info

Dünya milyonerləri niyə siyasətə gəlir?

Ölkə
 29-07-2017, 19:01     10 478

İlginc mənzərənin qəribə cavabları...

Dünya varlılarının yolu zaman-zaman siyasətdən keçir, bu, heç kimə sirr deyil. Adamlar karyeralarında, biznesdə pik həddə çatandan sonra siyasət kluarlarında da görünməyə çalışırlar.

Son olaraq Amerika prezidenti Donald Trampın nümunəsində də göründü ki, bir əmlak maqnatı heç bir siyasi savadı, potensialı olmadığı halda, siyasətə qatılır və birbaşa prezident kürsüsünə oturur. Amma bunun siyasi olduğu qədər psixoloji səbəbləri də var.

“Forbes” jurnalı milyarder siyasətçilərin siyahısını tərtib edib. Həmin siyahıda 7-ci yeri Rusiyanın varlı biznesmen-siyasətçisi Mixail Proxorov 13.2 milyard dollarlıq varidatı ilə tutub. Öz partiyasını yaradan M.Proxorovun siyasət karyerası uğurlu olmayıb. Onu tezliklə özünün yaratdığı sağ yönümlü partiyadan uzaqlaşdırıblar, parlament seçkilərində isə 0.6 faizlik göstərici ilə yer qazanıb. Bu, bir milyarderin timsalında uğursuz bir siyasi gedişin nümunəsi idi.
Dünya milyonerləri niyə siyasətə gəlir?


Mixail Proxorov

Amma dünya üzrə siyasətə girib uğur qazanan milyarderlər də az deyil. Bunlardan biri Taylandda yaradılmış “Taylandlılar taylandlıları sevir” adlı partiyadır. 1998-ci ildə yaradılan partiyanın qurucusu Taksin Çinnavatdır. T.Çinnavat kompüter proqramları biznesi üzrə ixtisaslaşıb. 1994-cü ildən siyasətə qoşulub, baş nazir müavinliyinə qədər yüksəlməyi başarıb. 2001-ci ildə onun partiya yaratmasından sonra siyasətdəki dayaqlarını daha da möhkəmlədib. Müəyyən fasilələrlə 2006-cı ildə sentyabrına qədər baş nazir müavini statusunu daşıyıb. Hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılıb, öz ölkəsinə terrorizmə görə ittiham olunur, hazırda Böyük Britaniyada yaşayır.
Dünya milyonerləri niyə siyasətə gəlir?


Taksin Çinnavat

Litvadakı “Əmək Partiyası”nın sədri Viktor Uspasskixin varidatı isə 50 milyon dollar təşkil edir. Partiyasını 2003-cü ildə yaradıb. O, qida sənayesi, ticarət, tikinti, yeyinti konserni sayəsində qazanıb. 2004-cü ildə Əmək Partiyası Avropa Parlamentdə Litvaya ayrılan yerin 13-nü tutub. 2009-cu ilin iyununda Uspasskix Əmək Partiyasından Avropa Parlamentinə seçilib.
Dünya milyonerləri niyə siyasətə gəlir?

Viktor Uspasskix

Rusiyadakı “Vətənpərvərlər Partiyasının” sədri Gennadi Semiqin də 16 milyon dollarlıq var-dövləti ilə oliqarx siyasətçiləri arasındadır. Partiyasını 2005-ci ildə təsis edib. Partiya ən yaxşı siyasi göstəricisini 2011-ci ildə, parlament seçkilərində 0.97 faizlik qələbə ilə nümayiş etdirib.

Gürcüstan siyasəti də milyonları sevir. “Vahid Gürcüstan Demokrat Partiyasının sədri Badri Patarkasişvili də 12 milyard dollarlıq var-dövlətin yiyəsi olduğu zaman siyasətə gəlib. O, 2007-ci ildə sözügedən partiyanı təsis edib. Məşhur biznes adamı öz pullarını Boris Berezovski ilə əməkdaşlıq etdiyi 90-cı illərdə qazanıb. Partiyasını isə 2007-ci ildə təsis edib. Partiyanın ilk təsis yığıncağı isə B.Patarkasişvilinin ölümündən bir ay əvvəl keçirilib.
Dünya milyonerləri niyə siyasətə gəlir?


Badri Patarkasişvili

Daha bir siyahıda isə siyasətdə uğur qazanan daha başqa siyasətçilərin adları var. Nyu York meri Maykl Blumberq də bu siyahıda qərar tutub. "Bloomberg" informasiya agentliyinin yaradıcısı və sahibi 1990-cı illərin sonunda siyasətə gəlib və 2001-ci ildə mer seçilib. Bu interposta.info o özünə 1 dollar maaş təyin edib və öz şəxsi bizesinin hesabına yaşayıb. Onu "Vətəndaş platforması" partiyasının lideri Mixail Proxorov izləyir. O, siyasətlə 2011-ci ildən məşğuldur. Növbəti pillədə Bdzina İvanişvili qərarlaşıb. Rusiyada öz kapitalını qazanan İvanişvili siyasətlə Gürcüstanda məşğul olmağa başlayıb. Onun rəhbərlik etdiyi "Gürcü arzusu" partiyası parlament seçkisində qələbə çalıb.
Dünya milyonerləri niyə siyasətə gəlir?


Maykl Blumberq

Dördüncü yerdə İtaliyanın keçmiş baş naziri Silvio Berluskonidir. O, 3 dəfə İtaliya Nazirlər Kabinetinə başçılıq edib. Berluskoni özünə məxsus holdinqin vergidən yayınma məsələsi ilə bağlı məhkəmə qarşısına çıxıb.

İlk beşliyi ABŞ-da iki dəfə prezidentliyə namziəd olan Henri Ross Pero-ct qapadır.

Siyasi analitiklər isə hesab edir ki, varlı insanların siyasətə gəlişi psixoloji nüansdır. Onların fikrincə, biznesdə uğur qazanan şəxslər eqolarını həm də ictimaiyyətin həyatında qazanacaqları uğurlarla doyuzdurmaq istəyirlər. Məsələn, biznes layihəsini uğurla həyata keçirən şəxs hesab edir ki, ölkədə də müsbət istiqamətdə hansısa dəyişikliklər edə bilər. Bundan başqa, dünyada varlılar siyasətə həm də var-dövlətlərini artırmaq, qarşılarında yaranmış bəzi qırmızı işıqları maneəsiz keçmək üçün baxırlar./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26