Interposta.Info

Azərbaycanlı gənc ixtiraçı dünyanı fəth etdi

Ölkə
 12-07-2017, 22:15     691

Təbrizli gənc ixtiraçı Xəlil Nəzəri dünya üzrə ən böyük ixtiralar festivalı sayılan ABŞ-ın “INPEX” Böyük İxtiralar Yarışları və Festivalının qalibi olub.

Axar.az xəbər verir ki, azərbaycanlı ixtiraçı “Şəhərdə toz probleminin həlli üçün HL bitki ötüyü ilə torpağın üst səthini örtmək” layihəsini təqdim edərək festivalın xüsusi mükafat və medalına sahiblənib.

O, 40 ölkənin nümayəndəsi tərəfindən 800 ixtiranın təqdim olduğu festivalda “2017-ci ilin ən yaxşı ixtiraçısı” adına layiq görülüb.

Festivalda ABŞ, Fransa, Hollandiya, Almaniya və Çin kimi inkişaf etmiş ölkələrin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Xəlil Nəzəri 1981-ci ildə Təbrizdə dünyaya göz açıb. O, kimyəvi maddələr sənayesi zavodunun sahibidir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26