Interposta.Info

Azərbaycanlı qızdan Parisdə böyük uğur -

Mədəniyyət
 11-07-2017, 07:26     759

Azərbaycan Dövlət Musiqili Teatrının pianoçusu Firuzə Nəcəfli Parisdə keçirilən Beynəlxalq Folklor Müsabiqəsi (İnternational Folklor Competition) yarışmasında ikinci yerə layiq görülüb.

Musiqili Teatrdan Kult.az-a verilən məlumata görə, F.Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib. Onun ifası müsabiqə iştirakçıları və münsiflər tərəfindən maraqla qarşılanıb.

Firuzə Nəcəfli bundan əvvəl də beynəlxalq festivallarda iştirak edib və Ferens List adına beynəlxalq festivalda diploma layiq görülüb. Onun 2014-cü ildə Azərbaycan Dövlət Milli Muzeyində ifa etdiyi “Əsrin Müqaviləsi” əsəri qalib əsər olaraq SOCAR-ın himni seçilib.

interposta.info
Azərbaycanlı qızdan Parisdə böyük uğur -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26