Interposta.Info

Qolu sınan azyaşlı

Ölkə
 11-07-2017, 11:12     621

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

interposta.info bildirir ki, xəstəxanadan məlumat təsdiqlənib.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26