Interposta.Info

“Dedim ki, məni söyürsən? Dedi ki, hə” - Şəkidə toy qanla bitdi - VİDEO

Ölkə
 4-07-2017, 19:54     533

Şəkidə bıçaqlanma hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, toyda sözləri düz gətirməyən gənclərdən biri digərini bıçaqlayıb.

Hadisə Şəkinin Çayqaraqoyunlu kəndidə qeydə alınıb. Kənd sakinləri Müsalim Məmmədov və Tərlan Eyyubovun arasında mübahisə baş verib. Tərlan Müsalimə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə çatdırılıb.

Müsalim Məhəmmədov – Xəsarət alan şəxs: “Toyda olmuşdu. Su tökəndə ayağına düşdü, söyüş söydü. Dedim ki, məni söyürsən? Dedi ki, hə. Mən onu vurdum, o, məni bıçaqladı”.

Hadisəni törədən şəxs hadisə yerindən qaçsa da, daha sonra polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

interposta.info bildirir ki, faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26