Interposta.Info

Abşeronda toyda qan töküldü

Ölkə
 9-12-2019, 09:19     496

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədəki şadlıq saraylarından birində əslən iranlı olan Şamaxı sakini Məmmədşuri Hüseyn Sübhektar oğlu ilə naməlum şəxs arasında mübahisə olub. Mübahisə dava ilə nəticələnib. Dava zamanı həmin şəxs H.Məmmədşuriyə bıçaq zərbəsi endirib.

Yaralı həyat yoldaşının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində bir ədəd kəsilmiş-deşilmiş yara aşkarlanıb. Yaralı cərrahi əməliyyat edilib./report

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26