Interposta.Info

Dünyanın ən qoca qızı 17 yaşında öldü -

Ölkə
 29-06-2017, 07:26     643

Ağır xəstəliyinə baxmayaraq həyata bağlılığı ilə hər kəsə nümunə olan 17 yaşlı Qəmzə bu dünyaya əlvida dedi.

Moderator.az xəbər verir ki, Qəmzənin cənazəsi cənazə namazından sonra ailəsinin yurdu Kayseriyə aparılaraq torpağa verilib.

Qəmzənin atası Mətn Yağar jurnalistlərə bildirib ki, Qəmzə iyunun 27-də gecə anasının qollarında canını tapşırıb: "Bir müddətdir ki, çox ağrısı vardı. Ağrılara artıq dözmürdü. Qəmzəni milyonlarla adam tanıyır və sevirdi. Hamımızın başı sağ olsun".

Qeyd edək ki, Qəmzə prezident Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü, həmçinin incəsənət və idman dünyasından saysız-hesabsız məşhur Qəmzəni ziyarət etmişdi. Sosial mediada yüz minlərlə auditoriyası olan Qəmzənin heyranlar klubu da yaradılmışdı.

Alman mediasının yaxından izlədiyi Qəmzənin həyatından bəhs edən televiziya proqramları çəkilmişdi. Qəmzə 2013-ci ildə Kölndə keçirilən "Qəmzəni sevənlər" gecəsində bu günə qədər özünü ən xoşbəxt edən şeyin parik alınması olduğunu söyləmişdi. Çünki, o, "artıq saçımı darayır və istədiyim sancağı taxıram" deyərək duyğularını ifadə etmişdi.

interposta.info
Dünyanın ən qoca qızı 17 yaşında öldü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26