Interposta.Info

Ailəsini itirən adam 19 yaşına qədər canavarlarla yaşadı -

Ölkə
 7-04-2018, 14:06     10 363

İspaniyada ailəsi öldükdən sonra canavarlarla birlikdə böyüyən və 19 yaşında tapılan adam insanların yaşadığı həyatı sevmədiyini və keçmiş həyatı üçün darıxdığını deyib.

Moderator.az xəbər verir ki, valideynlərini itirdikdən sonra 7 yaşında çobanla yaşayan və çoban öldükdən sonra 12 il ərzində qurdlarla birlikdə yaşayan adam insanların dünyasından şikayətçi olduğunu bildirib.

Ailəsini itirən adam 19 yaşına qədər canavarlarla yaşadı -

Hazırda 72 yaşında olan adam canavarlarla yaşamaq üçün darıxdığını, ancaq geri dönmək istəsə də artıq digər insanlar kimi qoxusu olduğu üçün bunu etməyəcəyini ifadə edib. Ən xoşbəxt xatirəsinin dişi canavarla yaşadığı, yarasa, maral və ilanlarla eyni mağarada yatdığı zamanlar olduğunu söyləyib.

Tapıldıqdan sonra həyatının alt-üst olduğunu bildirən adam iş həyatına öyrəşə bilmədiyini və digər insanların ona güldüyünü deyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26