Interposta.Info

Dünyanın ən yaşlı insanı bəlli oldu

Ölkə
 9-03-2019, 19:37     10 431

Yaponiyada yaşayan Kane Tanaka planetin ən yaşlı insanı seçilib.

Qaynarinfo Ginnesin Rekordlar Kitabının rəsmi saytına istinadən xəbər verir ki, Kane Tanaka 2 yanvar 1903-cü ildə doğulub və yaşı 116 il, 66 gün qeyd edilib.

Qadın 2005-ci ildən bəri qaldığı Fukuoka qocalar evində rəsmi mərasimlə fəxri ada layiq görülüb. O, şirniyyat yeməyi və stolüstü oyunlar oynamağı sevir. Tanakaya 103 yaşında xərçəng diaqnozu qoyulub və əməliyyatla sağalıb. II Dünya Müharibəsində ərini və oğlunu itirib.

Qeyd edək ki, bu ünvanının ondan öncəki sahibi olan yaponiyalı Tie Miyako 2018-ci ildə, 117 yaşında vəfat etmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26