Interposta.Info

İnquşetiyada Rusiyanın ən yaşlı kişisi vəfat edib

Ölkə
 11-05-2019, 14:25     10 464

Rusiyanın ən yaşlı kişisi – 123 yaşlı Appaz İliyev mayın 10-da İnquşetiya Respublikasının klinik xəstəxanasında dünyasını dəyişib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Tamara Kasiyeva bildirib.

Appaz İliyev 1896-cı il martın 1-də İnquşetiyanın Quli dağ kəndində anadan olub. Ölkənin ən yaşlı sakini kimi Rusiyanın rekordlar kitabına daxil edilən inquş 8 övlad, 35 nəvə, 34 nəticə və bir neçə kötücəni boya-başa çatdırıb. O, bir müddət əvvəl poliorqan çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Respublikanın başçısı Yunusbek Yevkurovun sözlərinə görə, regionda yaradılmış xüsusi komissiya Appaz İliyevin planetin ən yaşlı sakini olaraq Ginnesin rekordlar kitabına salınması üçün müraciət hazırlayırdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26