Interposta.Info

“Microsoft” şirkəti Ginnesin Rekordlar Kitabına düşən oyun avadanlığının istehsalını dayandırdı

Müxtəlif
 26-10-2017, 15:59     9 752

“Microsoft” şirkəti rəsmi olaraq “Kinect” oyun avadanlığının istehsalını dayandırıb

interposta.info Lent.az-a istinadən xəbər verir ki, bu barədə cihazın tərtibatçıları bildiriblər.

Satışlara başlanıldığı 2010-cu ildən şirkət 35 milyon ədəd “Kinect” nüsxəsini istehsal edib. O, 2011-ci ildə dünyada ən çox satılan cihazlardan olub və hətta Ginnesin Rekordlar Kitabına da düşüb.

“Kinect”i populyarlaşdırmaq məqsədilə istehsalçı “Xbox One” oyun platformalarını “Kinect” idarəediciləri ilə birləşdirməyə başlayıb. Bu səbəbdən cihazın qiyməti olduqca bahalaşıb. Bu səbəbdən şirkət cihazı ayrıca aksessuarlarla istehsal etmək qərarını qəbul edib.

Adıçəkilən model könüllülər arasında daha populyarlıq qazanıb. Onlar cihazı öz layihələrində və elmi işlərində istifadə edirlər. Hazırda qurğuların böyük və əsas hissəsində “Kinect”də istifadə edilən mexanizmlər durur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26