Çılpaq qadın görənləri heyrətə saldı -
Qüdsdə “Ağlama divar” adlandırılan yerə çılpaq gələn gənc qadın ortalığı qarışdıraraq səs-küyə səbəb olub. Qadın heç kimə qulaq asmadan yalnız kişilərin ibadət etdiyi hissəyə doğru gedib.
Moderator.az xəbər verir ki, 23 yaşlı gənc qadın çılpaq bir şəkildə Qüdsdə Yəhudilər üçün müqəddəs sayılan “Ağlama divarına” gəlib. Qadını görənlər onun üstünü örtməyə və geyindirməyə çalışıb, ancaq qadın geyinməyib.
Yəhudi inancına görə “Ağlama divarında” qadın və kişilər ayrı-ayrı sahələrdə dua edir. Şahidlərin sözlərinə görə qadın gəlməmişdən öncə paltarı olub.
Adı açıqlanmayan qadının valideynləri isə qızlarının ruhi xəstə olduğunu bildirib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26