Interposta.Info

ABŞ-dan Qüdslə bağlı daha bir addım: Ağlama divarı

Dünya
 16-12-2017, 07:30     10 391

ABŞ Ağlama divarının İsrailin ərazində olduğunu hesab edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ administrasiyasının adı açıqlanmayan yüksək çinli məmuru deyib.

“Biz Qərb divarının (Ağlama divarı) İsrailin bir hissəsi olmadığını təsəvvür edə bilmərik. Lakin ABŞ prezidentinin dediyi kimi, İsrailin suveren haqları Qüds statusu ilə bağlı yekun razılaşmadan sonra qəti müəyyələşdirilməlidir”, - ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, “Ağlama divarı” və ya “Qərb divarı” adları ilə tanınan 485 metr uzunluğunda olan tikili əsrlər öncə inşa edilən yəhudi məbədlərindən birinin qalıqlarıdır.

Məbəd dağının ətrafında yerləşən bu tikili I əsrdə romalılar tərəfindən dağılmışdı.

Sözügedən dağın ətrafında islama aid müqəddəs ibadətgahlar mövcuddur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26