Interposta.Info

Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü -

Ölkə
 8-07-2018, 21:46     10 491

Türkiyədə istirahət edən azərbaycanlı turist faciəvi şəkildə ölüb.

BakuPost Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Muğla bölgəsindəki Kabak Koyu turizm ərazisində olan şəlaləyə getmək üçün 27 yaşlı Məryəm Ömərova dağlıq ərazi ilə 2 kilometrə yaxın yol qət edib.

Məqsədi Aladere şəlaləsinin yuxarı hissəsinə çatmaq olub. Şəlaləyə az qalmış Kabak Koyunda qayalıqdan düşən azərbaycanlı qadın həyatını itirib.

2 saat davam edən əməliyyatdan sonra qadının meyiti düşdüyü ərazidən götürülərək Fethiye dövlət xəstəxanasının morquna aparılıb.

interposta.info

Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü -
Türkiyədə gənc azərbaycanlı qadın qayadan şəlaləyə düşdü -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26