Interposta.Info

Nazirə yeni vəzifə verildi —

Ölkə
 31-05-2017, 16:33     539

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasına sədr seçilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov federasiyanın sədri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Cabbarov Azad Vaqif oğlu 1981-ci il 14 apreldə Lənkəran rayonunun Şovu kəndində anadan olmuşdur. 1998-2002-ci illərdə "Naxçıvan" Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.

2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil almışdır. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir./ölkə.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26