Interposta.Info

Baba Rzayev Yardımlını zülmətə qərq edib - Bir aydır...

Ölkə
 27-05-2017, 15:16     847

Yardımlı rayonunun mədəniyyət evləri, kitabxanaları və kənd klubları bir aydan çoxdur ki, işıq üzünə həsrət qalıb.

Rayonun bütün kəndlərində və mərkəzində yerləşən mədəniyyət mərkəzləri zülmətə qərq olub.

interposta.info xəbər verir ki, bu barədə BakuPost.az-a rayon sakinləri məlumat verib. Onların sözlərinə görə, bir aydır mədəniyyət klublarına, kitabxanalara elektrik enerjisi verilmir. Dövlət müəssisələrinin işığının kəsilməsinə səbəb kimi 2012-ci ilə qədər yığılan borcun ödənilməməsi göstərilib.

Lakin borcun olması barədə heç bir qəbz və ya sənəd təqdim olunmur. Yardımlıdan "Azərişıq” ASC sədri Baba Rzayevə göndərilən çoxsaylı müraciət və məktubların da heç bir nəticəsi olmayıb.

Mədəniyyət evlərində çalışanların dediyinə görə, işıq pulu borcunun yaranması mümkün deyil, çünki vaxtında ödəniş edilib: "Amma əgər borc varsa, bunu sübut edən sənədlər təqdim edilsin”.

Məsələni aydınlaşdırmaq üçün "Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevə etdiyimiz zənglər cavabsız qalıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26