Interposta.Info

“Azərişıq”: “İşıqlar dünəndən sönüb, xətlər biabırçı vəziyyətdədir”

İqtisadiyyat
 2-03-2020, 13:20     344

Abşeron rayonunun Məhəmmədi kəndi qaranlığa qərq olub.

Bu barədə "İnterPosta"ya kəndin sakinləri məlumat verib.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanverdi Mustafayev əməkdaşımıza bildirib ki, kənd sakinlərinin işıqsız qalmasına səbəb elektrik naqillərinin köhnə olmasıdır:

"İşıqlar dünəndən sönüb. Xətlər biabırçı vəziyyətdədir, yüklənmə çox olurdu. Onları dəyişirlər, yaxın saatlarda işlər yekunlaşacaq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26