Interposta.Info

Ramazanın ilk günü

Ölkə
 26-05-2017, 12:51     2 492

Müsəlman aləmində oruc tutulacağı ilk gündə - müqəddəs Ramazan ayının 1-də qeyri-adi astronomik hadisə baş verəcəyi gözlənilir.

interposta.info bildirir ki, moderator.az xarici İslam saytlarına istinadla yazır ki, bu haqda Misirin Astronomiya və Geofiziki Tədqiqatlar İnstitutu məlumat yayıb.

Ramazanın ilk günü


Misirli alimlərin qənaətinə görə, mayın 27-si, şənbə günü, Məkkə vaxtilə saat 12:18-də(təxminən günorta namazı başlananda) Günəş düz Müqəddəs Kəbə üzərində perpendikulyar şəkildə duracaq. Marqlıdır ki, Günəş Müqəddəs Evin düz üzərində dayanan anlarda kölgələr bir müddət yoxa çıxır.
Ramazanın ilk günü


Yəni Kəbənin kölgəsi düşmür. Alimlər hesab edir ki, bu qəribə olay zamanı planetin istənilən yerində yaşayan müsəlmanlar günəşə istiqamətlənərək, namazın dəqiq səmtini (qibləni) müəyyən edə bilərlər
Bu nadir astronomik olayın 2017-ci ildə ikinci dəfə iyulun 15-də baş verəcəyi gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26