Interposta.Info

Ramazanın başlayacağı və bitəcəyi TARİX

Müxtəlif
 18-04-2019, 14:03     10 426

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) İnterPosta.info-ya verilən məlumata görə, mayın 5-i niyyət axşamı, 6-si isə Ramazanın birinci günüdür.

Bakı şəhərində imsak saat 03:57-də, iftar vaxtı isə 19:56-dır

Ramazan ayında xüsusi əhəmiyyətə malik olan Qədir gecələri bu il müvafiq olaraq may ayının 23-25-i, 27 və 31-i tarixlərində qeyd olunacaq. Ramazan bayramı isə iyunun 5-də qeyd olunacaq. İyunun 6-sı bayramın ikinci günü kimi qeyri-iş günüdür.

Qeyd edək ki, bu il Türkiyədə Ramazan ayı 6-sı mayda başlasa da, qonşu dövlətdə bayram iyunun 4-də qeyd olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26