Interposta.Info

Kosmosdan gələnlərin oğurladığı real adamlar –

Ölkə
 22-05-2017, 07:24     833

O inandırır ki, onu yadplentlilər oğurlayıb və zərəcə yalan demir.

Bu haqda Yutub videopaylaşım şəbəkəsində yerləşdirilmiş bir videoda söhbət açılır.

Hadisə Şimali Appalaç dağlarına turist səfəri zamanı baş verib. Onlar 4 nəfər olub. Gölə kimi gəliblər, oturub nahar ediblər və... Bundan sonra nə baş verdiyini o 4 nəfərdən heç biri xatırlaya bilmir. Sadəcə, eyni vaxtda ayılıblar və özlərini oturduqları yerdən on metr aralıda görüblər. Ancaq yeni düşərgənin ortasında ocaq varmış. Halbuki ilk oturduqları yerdə ocaq qalamayıbmışlar....

Başqa bir şahid isə bunları nəql edir:

“14-15 yaşım olardı, otağımda yatmışdım. Gecə yarı qəfildən oyandım, saatı öyrənmək üçün telefonuma baxdım. Saat 1 idi. Yadımdadı ki, bu an heç nə düşünmür, sadəcə, oturub yataq otağımın divarına baxırdım. Beynim demək olar ki, yatmışdı, bədənimsə yox idi. Beləcə, hardasa 2 dəqiqə keçmişdi ki, anam təlaş içində qaça-qaça otağıma girdi və mən transdan çıxdım. Anamın dediyinə görə, qəfildən hiss edib ki, mütləq mənim yanıma gəlsin və hər şeyin qaydasında olub-olmadığını görsün. Anam hər şeyin yolunda olduğunu görüb çıxdı, yenidən saata baxdım: 04:37! Belə çıxırdı ki, mən oturub 3 saatdan da çox divara baxmışam./Teleqraf.com

O gün nə baş verdiyini anlamıram: niyə mən belə etmişdim və anamı nə belə güclü həyəcanlandırıb mənim otağıma gətirmişdi...”

interposta.info bildirir ki, daha ətraflı videoda:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26