Interposta.Info

Sürücü dəhşətli qəza haqda:

Ölkə
 9-03-2017, 13:52     917

Sürücü dəhşətli qəza haqda:

Bakı-Sumqayıt şosesində baş verən qəzanın bəzi təfərrüatı məlum olub.

Report-un xəbərinə görə, baş verən yol-nəqliyyat hadisəsi zamanı saxlanılan 52 BE 874 dövlət qeydiyyat nişanlı "ZİL" markalı yük avtomobilinin sürücüsü, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Şəmistanlı Elvin Eldar oğlu DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində izahat verib. O bildirib ki, ötən axşam saat 22:00 radələrində Sumqayıt istiqamətində körpünün üzərində idarə etdiyi yük avtomobilinin təkərlərində problem yaranıb. Nəticədə sürücü yük avtomobilini körpünün sonunda saxlayıb. "Mən maşını saxladığım yerdən bir neçə metr aralıda xəbardarlıq nişanı və 30 metr aralıda 3 ədəd mişar daşı qoymuşdum. Gecə saatlarında isə yol polisi əməkdaşları yük avtomobilinin hərəkətsiz vəziyyətdə dayandığı yeri xəbərdaredici lentlərlə bağlayıb. Səhər saatlarında usta ilə birgə geri dönərkən gördüm ki, "Ford" mişar daşlarının üstünə çıxıb və mənim yük avtomobilimin arxa hissəsinə çırpılıb".

Faktla bağlı cinayət işi başlanılıb, E.Şəmistanlı və "Ford" markalı mikroavrobusun sürücüsü Namiq Hüseynov saxlanılıb.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 20-dən çox sərnişin xəsarət alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26