Interposta.Info

Kadırov əsəbiləşdi və naziri "nakaut" etdi -

Ölkə
 20-05-2017, 07:24     588

Çeçenistan lideri Ramzan Kadırov tapşırdığı işlərin öhdəsindən gəlməyən məmura qarşı maraqlı cəza üsuluna əl atıb.

interposta.info A24.az-a istinadən xəbər verir ki, R.Kadırov Çeçenistanın İdman naziri Salambek İsmayılovu pis işlədiyinə və tapşırılan binanı yaxşı təmir etmədiyinə görə ringə çağırıb. İdman naziri ilə döyüş meydançasında görüşən və ona zərbələr endirən lider qeyd edib ki, digər məmurlara qarşı da bu üsulu tətbiq edəcək.

“Mən onu yüngül zərbələrlə başa salmaq istədim ki, başla işləmək lazımdır. Mən ona qoruyucu geyindirdim. Axı o sabah işinin başına qayıdacaq”, - kadırov qeyd edib.

Kadirov bu yolla məmurları məsuliyyətli olmağa və düzgün işləməyə çağırıb.

Qeyd edək ki, Çeçenistanın idman naziri həm də boks üzrə çempiondur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26