Xızıda "Prado" dağdan aşdı -

Xızı rayonunda ağır yol qəzası baş verib.
Lent.az xəbər verir ki, dünən axşam saatlarında Xızı-Giləzi yolunun 15-ci kilometrliyində "Toyota Prado" markalı, 10 CP 969 dövlət nömrə nişanlı avtomobil dağlıq sahədə idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən 33 yaşlı kişi ölüb. Biri qadın olmaqla daha 2 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xızı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26