Interposta.Info

"İpi saldıq boğazına, qorxutduq" -

Ölkə
 16-05-2017, 15:02     585

Paytaxt polisi iki cinayətdə adı hallanan iki dələduzu saxlayıb.

ARB TV xəbər verir ki, zərərçəkmişlərdən birinin boğazına ip keçirən şəxslərin indi əlləri qandala keçib.

Bakı şəhər sakini Rancit Hüseynov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 12 may 2017-ci il tarixində tanımadığı iki nəfər taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə müştəri qismində əyləşərək onları Binə qəsəbəsinə aparmağı istəyiblər. Qeyd edilən ünvana çatdıqda isə həmin şəxslər taksi sürücüsünün boynuna ip keçirib, hədə-qorxu gələrək pul tələb ediblər.

Xəzər RPİ və 2-ci Polis Bölməsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Rancit Hüseynova qarşı quldurluq etməkdə şübhəli bilinən Culfa rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Rəhimov və Şərur rayon sakini Hüseyn Səfərzadə tutulublar.

Elməddin Rəhmənov – Saxlanılan şəxs: “Mərdakana gəldik. Dedik ki, qorxuzaq getsin, qorxuzduq. İpi atdım boynuna, qışqırdı. Düşdük yerə. Bu mindi maşına qaçdı. Qayıdan da “011” gəldi, mindik ona”.

Hüseyn Səfərzadə - Saxlanılan şəxs: “Gəldik Xəzər rayonuna. Taksidə mən oturdum qabağda, o da arxada. İpi saldı boğazına. Sonra yaxınlaşdıq “VAZ 2106” maşınına. Ondan da telefonu götürdük”.

Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştiraklarının olmasını da istisna etmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xəzər RPİ-nə müraciət edə bilərlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26