Interposta.Info

Bakıda film kimi oğurluq: 9 maşını soydular - VİDEO

Ölkə
 27-02-2018, 21:13     10 584

Paytaxtda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

ARB TV xəbər verir ki, iki nəfər Qaraçuxur qəsəbəsində bir gecədə 9 nəqliyyat vasitəsindən oğurluq və oğurluğa cəhd ediblər.

Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini Səbuhi Əliyev rayon polis idarəsinə müraciət edərək fevralın 15-də yaşadığı ünvanın qarşısında saxladığı “Opel” markalı avtomobilin pəncərəsinin sındırıldığını, nəqliyyat vasitəsinin salonundan monitor, maqnitofon, 4 ədəd səsgücləndirici və elektrik tənzimləyicisinin oğurlandığını bildirib.

Elə həmin gün polis idarəsinə Qaraçuxur qəsəbəsində yaşayan daha 8 avtomobilin sürücüsü də eyni məzmunlu şikayət ərizəsi ilə müraciət edib. Həmin şəxslər maşınlarından akkumlyatorlar və pul oğurlandığını bildiriblər. Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakinləri əvvəllər məhkum olunmuşlar – Rəşad Bayramlı və Rahim Hatəmzadə şübhəli şəxs qismində saxlanılıblar.

Rəşad Bayramlı – Saxlanılan şəxs: “Qaraçuxurda 9 maşına girdik. Şüsəsini sındırıb aparatura və xırda pullar götürmüşük. Aparıb satıb pul əldə etmişik”.

Rahim Hatəmzadə - Saxlanılan şəxs: “Qaraçuxurda dostum Rəşadla birlikdə 9 maşını soyub oğurluq etmişik. Əşyaları satıb pul əldə etmişik”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26