Interposta.Info

“Misə çevirib, dəyər dəyməzə verirdik” –

Ölkə
 9-05-2017, 19:07     660

Bakıda noutbuk oğruları saxlanılıb.

ARB TV xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş Nərgiz Lətifovanın Qum Adası yaşayış massivindəki fərdi yaşayış evindən 1 ədəd 1200 manat dəyərində noutbuku oğurlayanlar saxlanılıb.

Məlum olub ki, cinayət əməlini törədənlər əvvəllər məhkum olunmuş Gürcüstan vətəndaşı Polad Şabanov və Tariyel Həsənəliyevdir. Saxlanılan şəxslər ifadələrində qeyd edilən hadisədən başqa Suraxanı rayonu ərazisində evlərdən oğurluq etdiklərini də etiraf ediblər.

Polad Şabanov – Saxlanılan şəxs: “Qum adasından oğurluq etmişik. Noutbuk, bujuteriya, qızıllar oğurlamışıq. Hövsanda, bağlarda, Dədə Qorqud tərəfdən oğurluqlar etmişik. Misdi, qızıldı, noutbukdu, kombidi, biz bunları çıxarıb mis edib, dəyər dəyməzə verirdik”.

Qeyd edilən faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26