Interposta.Info

Bakıda 3 yeniyetmənin 45 min dollarlıq qarət

Ölkə
 27-10-2018, 13:22     10 507

Bakıda yeniyetməyə hədə-qorxu gəlib 45 min dollar alan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İnterPosta"-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27 000 ABŞ dolları, oktyabrın 5-də isə 18 000 ABŞ dolları aldıqlarını bildirib.

Məlumatla əlaqədar 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26