Interposta.Info

Bakıda "Niva"dan 23 min manat oğurlandı

Ölkə
 9-08-2021, 15:53     530

Bakıda avtomobildən böyük məbləğdə oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "İnterPosta"-ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinə avqustun 4-də A.Abbasova məxsus "Niva” markalı avtomobildən 23000 manatın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini E.Sadıqov müəyyən edilərək saxlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26