Interposta.Info

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maral ovlanıb

Ölkə
 28-12-2018, 11:28     10 439

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qəbələ rayonunda adı Azərbaycanın "Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İnterPosta.info"-ya verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilməsi, əraziyə baxış zamanı isə kəsilmiş maral başı, 2 ayaq və dəri aşkar edilərək götürülməsi barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Dekabrın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan "TOZ-16” markalı ov tüfəngi götürülüb.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26