Interposta.Info

Azərbaycanlı ziyalılardan xalqa çağırış:

Ölkə
 15-05-2017, 15:02     896

Tanınmış azərbaycanlı milli-mədəni fəallar Həsən Dəmirçi, Əkbər Azad, Abbas Lisani və Həsən Rəşidi Sulduz və Urmiyada keçiriləcək Şura Seçkiləri ilə bağlı Azərbaycan türk milləti və milli-mədəni fəallara ikinci dəfə müraciət ünvanlayıblar.

interposta.info
bildirir ki, Axar.az “Günaz.tv”yə istinadən xəbər verir ki, Urmiya və Sulduz şəhərlərinin əhalisi və milli-mədəni fəallarına xitabən yazılan müraciətdə Qərbi Azərbaycan şəhərlərində keçiriləcək Şura Seçkilərinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb:

“Urmiya və Sulduzda xüsusi vəziyyət mövcud olduğuna görə, bütün Azərbaycanın milli hüquqları naminə, bu şəhərlərdə fəaliyyət göstərən milli-mədəni fəallar və fərqli düşünən müxtəlif qüvvələrlə əlaqə saxlanıldı və çalışıldı ki, bütün qüvvələr bir araya gələrək seçkilər üçün namizədlərin birgə siyahısını hazırlayıb əhaliyə təqdim etsinlər. Bunu nəzərə alaraq hətta Həsən bəy Dəmirçi bir neçə dostu ilə birlikdə Urmiyaya səfər etdi və müəyyən görüşlər keçirdi. Təəssüflər olsun ki, söyləməsindən çəkindiyimiz müəyyən səbəblərə görə bütün Azərbaycanın arzu etdiyi nəticə əldə olunmadı.

Bildiyiniz kimi, birinci müraciətimizdə fəalların bir araya gələrək vahid siyahı təqdim etməyəcəkləri təqdirdə məcburiyyət qarşısında ən geniş olan siyahını dəstəkləyəcəyimizi bildirmişdik. Lakin H.Dəmirçi və dostlarının Urmiya şəhərində apardıqları müzakirələr və müşahidələrdən sonra biz bundan öncə elan etdiyimiz qərarımızdan vaz keçdik. Biz yenə də ümidsiz deyilik. Sulduz və Urmiya şəhərlərindəki millətçilərə üzümüzü tutaraq bildiririk ki, bütün Azərbaycanın gözü sizlərin davranışındadır. Hələ də birləşmək üçün gec deyil. Vətən və torpaq adına birləşmək uğrunda addım atmaq lazımdır.

Əgər bu vəziyyətin Urmiya və Sulduz şəhərlərinə vuracağı ziyan və bölgəyə köçürülən mühacir qüvvələrin su-istifadə etməsi təhlükəsi düşünülmürsə, o zaman təkcə bir yol qalacaq. O da bundan ibarətdir ki, bu vəziyyəti dərk edib, torpağımızı qorumaq naminə azərbaycanlıların səsinin dağılmasının qarşısını almaq məqsədi ilə başqa bir uyğun siyahının xeyirinə önərilən bəzi siyahılardan vaz keçilməsidir. Bu tarixi bir fədakarlıq olardı”, - deyə yayılan bəyanatda bildirilib.

Qeyd edək ki, Sulduz və Urmiya şəhərlərində əsas rəqabət azərbaycanlılarla (xüsusən millətçilərlə - red.) kürdlər arasında aparılır. Azərbaycanlı aktivistlər millətçilərin seçkidə qələbə qazanmasını həm də ona görə istəyirlər ki, bölgəyə əlavə kürd əhalisinin köçürülməsinin qarşısını ala bilsinlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26