Interposta.Info

Həsən Dəmirçinin anım mərasimi keçirilib

Müxtəlif
 29-06-2018, 09:04     10 461

28 iyun 2018-ci il tarixində - cümə axşamı günü Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə tanınmış Güney azərbaycanlı milli-mədəni fəal, ustad tarzən və xanəndə Həsən Dəmirçinin anım mərasimi keçirilib. Çay və şirniyyat süfrəsi arxasında təşkil olunmuş tədbirdə BAO fəalları, tanınmış ziyalılar, gənclər və b. şəxslər iştirak ediblər.

"XeberBiz" xəbər verir ki, anım mərasimdə “Azərbaycan” ləqəbi ilə tanınmış Həsən Dəmirçinin həyat yolu və milli-mədəni fəaliyyəti haqqında geniş söhbət açılıb, onunla bağlı xatirələr söylənilib. Tanınmış alim Əli Şamil Həsən Dəmirçinin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək onun İran rejiminin ciddi təqiblərinə baxmayaraq heç nədən çəkinmədən milli mücadiləsini sonadək davam etdirdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, Həsən Dəmirçi (Azərbaycan) 2018-ci il iyunun 24-də Təbrizə xəstəxanada vəfat etmişdir. Onun dəfn və anım mərasimləri böyük izdihamla müşahidə olunmuşdur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26