Interposta.Info

Tovuzda polisin öldüyü dəhşətli qəzanın -

Ölkə
 6-05-2017, 17:58     1 552

Bakı-Qazax avtomagistralının Tovuz şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB 24 xəbər verir ki, Qazaxdan Bakı istiqamətinə hərəkətdə olan "Porşe" markalı maşın rayon ərazində yerləşən Qəhrəmanlar parkının giriş hissəsinə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşı Zakir Qəhrəmanov dünyasını dəyişib.

Nəqliyyat vasitəsində olan sərnişinlər Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini Nurxan Hüseynov və onun həmkəndlisi Azad Fətullayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır.

interposta.info bildirir ki, faktla bağlı araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26