Interposta.Info

Sürücülər diqqətli olun!

Ölkə
 4-05-2017, 07:20     754

Bakıda fırıldaqçı peyda olub. Bu barədə BAKU.WS saytına Elnur Hüseynov adlı oxucu video göndərib.

Videodan məlum olur ki, təxminən 25-30 yaşlarında cavan oğlan Zığ yolunda avtomobilləri saxlayaraq ailəsi ilə yolda qaldlğlnı və benzin almağa pulu olmadığını deyir. Bununla da sürücülərin ürəyinə yol taparaq onlardan müəyyən məbləğdə pul alır. Bu videonu sayta yollayan oxucumuz isə ona pul əvəzinə benzin almağı təklif edir. Bununla da gənc adamın fırıldağının üstü açılır. O, Elnur Hüseynovun benzin təklifindən imtina edir.

interposta.info BAKU.WS-ə istinadən həmin dialoqu əks etdirən videonu təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26