Interposta.Info

Bakıda yanacaq daşıyan maşının çəni deşildi:

Ölkə
 3-08-2017, 12:25     10 480

Ötən gün "20 Yanvar” dairəsindən "Şamaxinka” deyilən ərazi istiqamətində hərəkət edən yanacaq daşıyan maşının çəninin deşilməsi təhlükəli vəziyyətin yaranmasına səbəb olub.

BAKU.WS-in məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda görünür ki, iritonnajlı yanacaq daşıyan maşından yola benzin axıb.

Polislər və ətrafdakı insanlar yanğınsöndürən maşın gələnə qədər vedrə və plastik qablarla su daşıyıb yola, benzinin üzərinə tökərək təhlükənin qarşısını almağa çalışıblar.

Həmin görüntüləri sizə təqdim edirik.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26