Interposta.Info

Ata-ana övladını 30 il bağlı saxladı:

Ölkə
 3-05-2017, 18:18     512

Hadisə Çinin Quansi əyalətinin Beyxay şəhərində baş verib. Evli cütlük öz uşaqlarını bağlı qapı arxasında saxlayıb, heç kimi ona yaxın buraxmayıblar.
Publika.az xəbər verir ki, adı açıqlanmayan şəxsin hazırda 39 yaşı var. Uşaq yaşlarından qıfıllı qapı arxasında saxlanılır. Valideynlərinin sözlərinə görə, o, hələ 6 yaşı olarkən evdən qaçıb. Naməlum adamlara qoşularaq müxtəlif cadular edilən evə gedən uşaq, geri qayıtdıqdan sonra qəribə davranışlar sərgiləyib.
Valideynləri deyib ki, tez-tez evdən qaçıb oğurluq edirdi:
"Uşaq qonşulardan oğurluq etməyə başlamışdı. Gecə saatlarında evdən qaçıb gedirdi."
Kişinin anasının sözlərinə görə, bu illər ərzində ər-arvad uşağın yalnız təbii ehtiyyaclarını ödəməsi üçün qapını açırdılar. Qalan vaxtlarda onun yanına heç kim gedib gəlmirdi.
Hazırda 39 yaşlı kişinin müalicə olunması üçün psixiatrik xəstəxanaya yerləşdirilməsi haqqında məsələ müzakirə edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26