Interposta.Info

Bakıda qəribə olay:Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı

Ölkə
 4-06-2017, 22:26     898

Dünən Bakıda 10 yaşlı uşaq itkin düşüb. Lent.az xəbər verir ki, Qaradağ rayon sakini olan Aynur Mirağayeva (adlar şərtidir) polisə müraciət edərək bildirib ki, 10 yaşlı oğlu Elçin Canqayev naməlum şəraitdə itkin düşüb.
Belə ki, uşaq xalası Gülnurla birgə Suraxanı rayon Qaraçuxur qəsəbəsi ərazisindəki 15 saylı polklinikaya gedib. Burada bir neçə dəqiqə nəzarətsiz qalan azyaşlı xəstəxana binasını tərk edərək naməlum istimqamətə gedib.

Artıq 32-ci Polis Bölməsinin məkdaşları 10 yaşlı uşağın axtarışlarına başlayıb.

Ailə üzvlərinin dediyinə görə, itkin düşən uşaq əqli qüsurludur və fikirlərini ifadə etməkdə çətinlik çəkir.

interposta.info bildirir ki, axtarış tədbirləri davam etdirilir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26