Interposta.Info

Nişanlısının 13 yaş böyük olduğunu öyrənən 16 yaşlı qız evdən qaçdı

Ölkə
 13-05-2018, 02:55     10 488

Sabirabadda 16 yaşlı qız evdən qaçıb və hələ də ondan bir xəbər yoxdur.

"XeberBiz" "Xəzər TV"yə istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Qalağayın kəndində baş verib.

Qızın anası Fərəh Ruhullayeva bildirir ki, 16 yaşlı Əfruzə Zeynalova əmisigilə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Anasının sözlərinə görə, Əfruzə öz razılığı ilə nişanlanıb. Əvvəlcə ona deyiblər ki, nişanlısının 25 yaşı var. Amma o, nişanlısının ad günündə tortun üzərindəki 29 rəqəmini gördükdə həqiqəti bilib və həmin şəxslə münasibətlərə son qoymaq qərarına gəlib. Anası onu fikrindən daşındırmaq istəsə də, buna nail ola bilməyib. Evdə aralarında soyuqluq da məhz bu məsələdən sonra yaranıb.

Fərəh Ruhullayeva qızının ən qısa zamanda evə qayıtmasını istəyir.

Qeyd edək ki, 16 yaşlı Əfruzə Zeynalova Sabirabadın Qalağayın 1 saylı orta məktəbin 10-cu sinif şagirdidir. Ailə, qızın tapılması üçün polisə müraciət edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26