Interposta.Info

Türkiyədə rus generalın meyiti tapıldı -

Ölkə
 27-04-2017, 07:28     496

Türkiyədə inşaat işləri zamanı rusiyalı generalın məzarı tapılıb.

Axar.az xəbər verir ki, rus generalın məzarı ölkənin şimal-şərqində yerləşən Ərdahan vilayətində üzə çıxıb.

Fəhlələr binanın bünövrəsinin tikintisi zamanı tabut aşkar ediblər. Dərhal əraziyə polis çağırılıb, yer mühasirəyə alınıb. Tapıntı yerinə gələn mütəxəssislər qırmızı çəkmələr geyinmiş insan skeleti aşkar ediblər.

Arxeoloqların sözlərinə görə, rus generalına aid qalıqlar 140 il əvvələ aiddir.

interposta.infoTürkiyədə rus generalın meyiti tapıldı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26