Interposta.Info

Türkiyədə meyiti tapılan generalın törəməsi danışdı -

Dünya
 28-04-2017, 07:26     477

Rusiyalı general Vasili Geymanın (1823-1878) törəməsi Boris Akimov Türkiyənin Ərdəhan vilayətində inşaat işləri zamanı tapılan cəsətin ulu babasına aid ola biləcəyini ehtimal edir.

Bununla bağlı Sputnik-ə açıqlama verən Akimov xəbəri eşitdikdə çox həyəcanlandığını bildirib.

“Xəbəri eşidən kimi çox həyəcanlandım. Mən ulu babamla bağlı çox araşdırma etmişəm. Ermənistanın Gümrü şəhərində kütləvi şəkildə dəfn edildiyini düşünürdüm. Lakin siyahıda adı yox idi. Bu günə qədər çox axtarmışam. Nəhayət, xəbəri və fotonu görən kimi çox həyəcanlandım. Bir sıra məqamlar uyğun gəlir. Məsələn, öldüyü yer və tarix. Fotodakı general rütbəsi də. 3 ulduz var idi”, - deyə Akimov bildirib.

O, məlum olaydan sonra Rusiyanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladığını deyib:
“Məsələ ilə bağlı rəsmi məlumatın olmadığını dedilər. Nömrəmi götürdülər. DNA testi etməyə hazıram. Mənim tanıdığım tarixçilər də həmin cəsədin ulu babama aid olduğunu deyir”.

Ötən gün Türkiyənin Ərdahan şəhərinin Qaragöl məhəlləsində binanın təməlini qazarkən tapılan, üzərində xaç işarəsi olan tabutun içərisindəki meyitin general-mayor Vasili Geymana (1823-1878) aid ola biləcəyi ehtimal olunur.

Rusiyanın tarixi mənbələri əsasında aparılan araşdırmalarda Geymanın 1878-ci il aprelin 13-də Qarsda vəba xəstəliyindən həyatını itirdiyi qeyd olunub.

General-mayorun Qafqazda hərbi əməliyyatlara qatıldığı, Rusiya tarixində "Qafqaz fatehi" kimi tanındığı məlum olub./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26